Sevdiyiniz biriylə artıq birlikdəsiz və həyəcanla başlayan bu yeni birlikdəliyin daha uzun davam etməsini istəyirsinizsə, bu məsləhətlərə əməl edin.
Münasibətiniz xaricində özünüzə sosial yaşam qurun
Sevgili tapan kimi dərhal dostlarınızla ayrılmayın. Sevgiylə yanaşı, insanın sosial ətrafının olması da önəmlidir. Ən əsası bu hal sizi motivasiya edər. Sevdiyiniz adamın üstünə çox düşməz, onu çox sıxmamış olarsınız.
Eynilikdən qaçın
Hər birinizin məxsusi vərdişləriniz var, amma bəzən sevgiliniz bu vərdişlərinizdən sıxıla bilər. Sizə fərqli fikirlər irəli sürərsə, rədd etmədən əvvəl bir düşünün. Fərqli şeylər etməyə çalışın, birlikdə əylənin.
Özünüzə güvənin və vaxt verməkdən çəkinməyin
Əgər kişinin sizdən uzaqlaşdığını, ya nədənsə məmnun olmadığını düşünürsünüzsə, demək, kişi sıxılıb. Onun niyə belə olduğunu anlamağa çalışmaq yerinə, elə hey ona yaxın olmağa çalışmaq, diqqət göstərmək daha da çox darıxmasına səbəb olacaq. Ona bir az vaxt verin, icazə verin bir az özünü dinləsin. Üzərinə düşməməniz sizə marağını artıracaq.
{banner_reklam}
Maraq oyandırın
Kişilər qadınlar kimi deyil, hər şeyi adi qəbul edər. Ona hər şeyinizi olduğu kimi danışmayın. Ona sizinlə bağlı düşünüləcək heç bir şey buraxmasanız, uzaqlaşmasına səbəb olacaq.
Xəfiyyə olmağa son qoyun
Kişilər üzərlərinə çox düşülməsindən xoşlanmazlar. Onu bir az sərbəst buraxın, həmişə onu izləmək, hər addımını müşahidə etməkdən əl çəkin. Sizin belə bir şeylərə ehtiyac duymadığınızı hiss etmək onu sizə yaxınlaşdıracaq.
Bunları unutmayın
Kişinin diqqətini canlı tutmaq istəyirsizsə, diqqətçəkici olmalısız. İşiniz, dostlarınız, sosial yaşamınızda ən az sevginizdə olduğu kimi, həyəcanlı olmalısız. Ondan ayrı da planlarınız olsun. Tək hobbinizin sevgilinizin olması yanlışdır.
{banner_reklam1}
Oxu24.com
ŞƏRHLƏR