“Qiyamət balığı” həqiqətən fəlakətdən xəbər verir?
24 Avqust 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
885
08.03.2025, 12:11
Bu gün Beynəlxalq Qadınlar Günüdür. 8 martda insanlar ətrafındakı xanımlara hədiyyələr alır, xoş sözlər arzulayır.
Bəs dünyada bu bayram ilk dəfə necə qeyd edilib? Niyə insanlar 8 martı Qadınlar Günü olaraq qəbul edib?
Oxu24.com Beynəlxalq Qadınlar Gününün tarixini təqdim edir.
Hər il 8 mart tarixində qeyd olunan bu bayram qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü özündə ehtiva edir. Dünyanın bir çox ölkələrində 8 mart iş günü hesab edilmir. İlk dəfə 1977-ci ildə BMT 8 martı rəsmi olaraq Beynəlxalq Qadınlar Günü kimi qəbul edib.
Ümumiyyətlə, qadınların bu bayramın yaranmasına dair birinci addımı 1857-ci ilə qədər gedib çıxır. Belə ki, həmin ildə Amerikada qadınlar uzun saatlar işləməyinə baxmayaraq maaşın aşağı olmasına, ayrıseçkiliyə, qənaətbəxş olmayan iş şəraitinə etiraz etməyə başlayıb. 1908-ci ildə isə Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş təşkil edib. Elə o mitinqdə qadınlar ilk dəfə hamiləlik dövründə işdən azad edilmə hüququ uğrunda savaşıblar.
Əslində, 8 martdan öncə 28 fevral qadınlar bayramı olaraq təyin edilib. Lakin 1910-cu ildə Klara Setkin adlı alman sosialist qadın bu hadisəni 1857-ci ilin 8 martında keçirilən mitinqlə əlaqələndirərək Beynəlxalq Qadınlar Gününün məhz bu gündə olmasını təklif edib. Bunun səbəbi odur ki, sözügedən tarixdə 129 qadın yandırılaraq öldürülüb və K. Setkin həmin qadınların şərəfinə 8 martın özəl olmasını istəyib. Klaranın təklifi qəbul edilib. Həmin dövrdən bu günə kimi 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.
Bundan əlavə, 1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Çünki 1975-ci il Beynəlxalq Qadınlar İli olaraq tarixə düşüb.
Qeyd edək ki, 8 Mart bütün dünyada qəbul edildikdən sonra qadınların rifahı, təhsili, yaşam statuslarının yaxşılaşdırılması uğrunda müxtəlif layihələr başladılıb.
13:23 / 24 Avqust 2026
4
13:23 / 24 Avqust 2026
3
13:21 / 24 Avqust 2026
13
12:58 / 24 Avqust 2026
44
12:44 / 24 Avqust 2026
52
12:38 / 24 Avqust 2026
71
12:37 / 24 Avqust 2026
110
12:35 / 24 Avqust 2026
52
12:26 / 24 Avqust 2026
63
12:15 / 24 Avqust 2026
69
12:01 / 24 Avqust 2026
295
11:55 / 24 Avqust 2026
72
11:38 / 24 Avqust 2026
83
11:24 / 24 Avqust 2026
74
11:12 / 24 Avqust 2026
74
11:09 / 24 Avqust 2026
79
11:05 / 24 Avqust 2026
71
10:59 / 24 Avqust 2026
63
10:56 / 24 Avqust 2026
79
10:52 / 24 Avqust 2026
84
10:47 / 24 Avqust 2026
66
10:40 / 24 Avqust 2026
89
10:33 / 24 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.