“Qiyamət balığı” həqiqətən fəlakətdən xəbər verir?
24 Avqust 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
745
27.02.2025, 18:16
Qırmızıdodaq yarasa balığı (tilovkimilər dəstəsi).
Qalapaqos adalarının sularında gəzir. Bəli, gəzir. Suyun dibində. Bunun üçün də döş üzgəclərindən istifadə edir. Ev-eşiyi 3-120 metr dərinlikdə olur. 20 santimetrlik boy-buxunlu bu balığın dodaqlarının rəngi hələ də alim qardaşlara çatmır.
Dəqiq bilmirlər bu al rəng nəyə xidmət edir. Ona görə də hərəsi ağzına gələn bir versiya deyir. El içində xar olmamaq üçün ümumi fikrə gəliblər ki, dodağın rəngi cütləşmə dövründə özü kimisini tanıması üçündür. Guya.
Bütün nə ki üzgəcləri var – hamısını öz forsuna uyğun dəyişib. Nəticədə yan üzgəcləri də yarasa ayaqlarına oxşar hala düşüb. Elə adı da ona görə belədir. Qəlsəmələri bir başqa aləmdir: “qanadlarının” arxasında, dəlik şəklində.
Üzə də bilirlər. Amma Allah kəssin belə üzməyi: suyun dibindən bir neçə sm hündürlükdə və qısa məsafəyə.
Bu balıq o balıqlardandır ki, şikarını aldadıb mədəsinə salmaq üçün başındakı tilova bənzər haqq-hesabdan istifadə edərək min oyundan çıxır.
Lap əvvəllər “Mənim tilovum var, mən zoram, sizsə yox!” deyib hamının üstünə it kimi hürürdü. Amma bir müddət keçəndən sonra başa düşdü ki, suyun dibində yaşayanlar çox da tilov-milov hərləmirlər, fısı yatdı. Ağlına başqa ideya gəldi və həmin o tilov vasitəsilə ətrafa xüsusi kimyəvi qoxulu maddə səpələməyə başladı. Suyun dibində torpaqda gizlənmiş ilbiz-filanlar da maldılar axı, bu qoxunu duyanda qeyri-ixtiyari torpaqdan çıxırlar ki, yeyib-içmək var və gedirlər birbaşa balığımızın mədəsinə. Belə eşələyib torpaqdan kimisə çıxarıb yeyə də bilir.
12 ilədək yaşayırlar.

00:04 / 25 Avqust 2026
111
00:01 / 25 Avqust 2026
67
23:54 / 24 Avqust 2026
76
22:49 / 24 Avqust 2026
105
22:49 / 24 Avqust 2026
107
22:25 / 24 Avqust 2026
212
22:06 / 24 Avqust 2026
81
21:40 / 24 Avqust 2026
79
21:17 / 24 Avqust 2026
124
20:58 / 24 Avqust 2026
133
20:58 / 24 Avqust 2026
112
20:28 / 24 Avqust 2026
83
20:00 / 24 Avqust 2026
85
19:45 / 24 Avqust 2026
99
19:38 / 24 Avqust 2026
100
19:29 / 24 Avqust 2026
93
19:18 / 24 Avqust 2026
213
19:13 / 24 Avqust 2026
87
19:08 / 24 Avqust 2026
1011
19:00 / 24 Avqust 2026
79
18:59 / 24 Avqust 2026
428
18:57 / 24 Avqust 2026
99
18:51 / 24 Avqust 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.