Ən yeni tarix: Maraqlı faktlar
26 Avqust 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1243
22.01.2025, 11:24
Yaponiyadakı qədər pişiklərin sevildiyi və onlara qayğı göstərildiyi ikinci bir ölkə demək olar ki,yoxdur.
Oxu24.com xəbər verir ki,Yapon xalqının pişiklərə xüsusi münasibəti əsrlər əvvəl başlayıb.
O dövrdə pişiklər ipəkçiliyin himayədar tanrıları hesab olunurdular.
O vaxtlar ipək inanılmaz dərəcədə baha idi, məsələn, yüksək vəzifəli məmurlar maaşlarını ipəklə alırdılar.

Belə qiymətli məhsulun istehsalında siçanlar təhlükə yaradırdı. Bunun qarşpısını almaq məqsədi ilə yaponlar pişiklərdən istifadə etməyə başladılar.
Onlar ipəkçiliyin sıx istehsal olunduğu ərazilərdə pişikləri yerləşdirirdilər. Yaponiyada pişik məbədlərinin və abidələrinin çox olmasının ilkin səbəbi budur.

Yaponiyanın Taşiro-jima adası pişiklər üçün cənnət adlanır. Sakit okeanda, sahildən 14 kilometr aralıda yerləşir və inzibati cəhətdən Miyaqi prefekturasının İşinomaki şəhərinə aiddir. İkinci adı Pişik adasıdır.
Pişik adasının ərazisi kiçikdir - 3,14 km², 1603-cü ildə ipək istehsalı məqsədi ilə qurulub.
Pişiklər əvvəlcə gəmiricilərə nəzarət etmək üçün adaya gətirilib. Bundan sonra pişiklər artaraaq bütün adanı bürüdü. Tədricən ipək istehsalı azaldı və onun yerində balıqçılıq inkişaf etdi.

Burada pişiklərin qızıl dövrü başladı. Balıqçılıq dövründə də pişiklər adanın ən sevimliləri olaraq qaldı. Yaponlar həmişə inanıblar və indi də inanırlar ki, pişiklər bəxt və pul gətirə bilir, həmçinin havanı proqnozlaşdırır.
Hazırda adada iki kənd salınıb və onların arasında pişiklərin şərəfinə 10-a qədər məbəd var.

Turistlər üçün Manqa adası adlanan bir "kurort" tikildi. Turizm kompleksi təpənin üstündə tikilmiş pişik başı formasında bir neçə taxta kottecdən ibarətdir və qonaqlara yeməklər, içkilər və suvenirlər satılır. Nitoda limanından gedən yolda müxtəlif pişikləri təsvir edən çoxlu kiçik heykəllərdən ibarət nəhəng bir heykəl, hətta bir abidə var. Bu Pişiklər-Art əsəri 2010-cu ildə Tokio İncəsənət Universitetinin tələbələri tərəfindən yaradılıb.
Bu tip heykəlciklər ağacdan, sümükdən, çinidən, gildən və hətta yarı qiymətli daşlardan hazırlanır.

Hazırladı: Miri Məcidli
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.