Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin təhsil naziri təyin etdiyi Ceyhun Bayramov kimdir?

2018-04/1524494640_tehsi.jpg

CƏMİYYƏT

1202

23.04.2018, 18:45

\"\" Ceyhun Bayramov yeni Təhsil naziri təyin edilib.
Oxu24.com bildirir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən axar.az-a bildirilib. Qeyd edək ki, Ceyhun Əzizoğlu Bayramov 1973-cü ildə Bakıda anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Azərbaycan Dövlət İqtisad İnstitutuna fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Universitetində hüquqşünas ixtisasına da yiyələnib. O, 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə OMNİ hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunub. Evlidir, 2 övladı var.