TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
802
22.01.2021, 20:00
Yanvarın 24-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regional turnesi çərçivəsində Bakıya səfər edəcək. İRNA agentliyinin məlumatına görə, Zərifi Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslər qəbul edəcək.
Görüşlərdə ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif aspektləri, habelə regional məsələlər müzakirə olunacaq. Xüsusən, Dağlıq Qarabağda ərazilərin azad edilməsindən sonra regionda yaranmış əməkdaşlıq imkanları, o cümlədən İran şirkətlərinin Dağlıq Qarabağın bərpasında iştirakı müzakirə ediləcək, deyə məlumatda bildirilir.
Qeyd edək ki, Zərif Moskva, Tilfis və Yerevana da səfər edəcək, səfərləri zamanı İranın reigonal proseslərdə iştirakı məsələsini müzakirə edəcək.
Bundan başqa, İran Naxçıvana Ermənistandan keçən dəmir və avtomobil yollarının tikintisi planlarından narahatdır. Bu, İranın rolunu azaldır, çünki indiyədək Azərbaycanın Naxçıvanla yerüstü və hava əlaqəsi İran ərazisindən həyata keçirilirdi. Tehran həmçinin israrla və bütün səviyyələrdə azad edilmiş ərazilərdə infrastrukturun bərpasında öz iştirakını təklif edir.
İranın xarici işlər nazirinin səfərini "AzPolitika.info"-ya şərh edən politoloq Elxan Şahinoğlu xatırladıb ki, müharibə dövründə İran Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.
"Rəsmi şəxslər Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğuladılar, hətta o dövrdə xarici işlər nazirinin müavini Abbas Araqçı Bakıya gəlmişdi. Doğrudur, o zaman bu görüşün bir nəticəsi olmadı. Amma İranın mövqeyi Azərbaycanda müsbət qarşılandı" - deyə ekspert bildirib.
E. Şahinoğlu müharibədən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilk ziyarət etdiyi ölkənin İran olmasını da təsadüfi saymır: "Daha sonra Baş nazirin müavini Şahin Mustafayev Tehrana səfər etdi. Hazırda iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr gedir, ortaq layihələr var. İran şirkətləri işğaldan azad edilmiş bölgələrin yenidən qurulmasında iştirak etmək istəyirlər. Zərifin səfəri də bu konteksdə - Azərbaycanla əməkdaşlığın genişləndirilməsi məqsədi ilə həyata keçirilir".
Politoloq İran XİN rəhbərinin Bakı ilə yanaşı Moskvada, Tiflisdə, İrəvanda da olacağına diqqət çəkib: "Proseslər onu göstərir ki, Azərbaycan bölgədə İranın əsas tərəfdaşına çevrilə bilər. Ermənistanla bu ölkənin müəyyən əlaqələri olsa da İran bu iqtisadi əməkdaşlıqdan faydalana bilməyəcək. Azərbaycana gəldikdə isə geniş imkanlar var. Zərif yəqin Bakıda bu məsələləri müzakirə edəcək".
Elxan Şahinoğlu İranla Azərbaycan arasında siyasi müstəvidə hər hansı ixtilafların olmadğını bildirib.
"Nəzərə alsaq ki, ABŞ-da Baydenin hakimiyyətə gəlməsi də İrana qarşı müharibə mövzusunun aktuallığını azaldıb. Bu da Azərbaycanın maraqlarına uyğundur ki, regionda gərginlik azalacaq. İkitərəfli əlaqələrdə müsbət dinamika var, Bakı və Tehran bu dinamikan yüksəltmək istəyirlər"-deyə ekspert vurğulayıb.
10:46 / 14 Noyabr 2026
17
10:36 / 14 Noyabr 2026
42
10:17 / 14 Noyabr 2026
39
09:59 / 14 Noyabr 2026
75
09:46 / 14 Noyabr 2026
82
09:30 / 14 Noyabr 2026
75
09:29 / 14 Noyabr 2026
105
09:23 / 14 Noyabr 2026
99
08:09 / 14 Noyabr 2026
1352
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
315
00:02 / 14 Noyabr 2026
1213
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
171
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
161
23:17 / 13 Noyabr 2026
432
23:09 / 13 Noyabr 2026
189
23:05 / 13 Noyabr 2026
154
23:02 / 13 Noyabr 2026
344
22:53 / 13 Noyabr 2026
167
22:49 / 13 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.