TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
980
16.04.2020, 13:22
Bu il 12 min ailənin özünüməşğulluq proqramında iştirakı təmin olunacaq.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının sosial sahə ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində qarşıda duran vəzifələrə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirib.
Nazirlikdən Publiika.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu gün pandemiya ilə əlaqədar ölkədə həyata keçirilən geniş miqyaslı dəstək tədbirləri bunu bir daha təsdiq edir. Müşavirədə dövlət başçısı deyib:
“Sosial sahə bizim üçün həmişə prioritet olubdur, indiki şəraitdə ikiqat prioritet olmalıdır. Çünki son illərdə məşğulluq, sosial təminat istiqamətlərində böyük addımlar atılıb, ancaq indiki şəraitdə bu, xüsusi önəm daşıyır”.
Nazir bildirib ki, cənab Prezidentin tapşırıqlarının icrası istiqamətində müvafiq addımlar atılır. Əhalinin həssas qruplarına dəstək tədbirləri daha da gücləndirilib. Özünüməşğulluq proqramının genişləndirilməsi və proqrama cəlb olunanlara aktivlərin verilməsi prosesi davam edir. Artıq banklar tərəfindən də aktivlər təqdim edilir. Bu il 12 min ailənin özünüməşğulluq proqramında iştirakı təmin olunacaq. Həmçinin haqqı ödənilən ictimai işlərin miqyası genişlənir.
Həmçinin oxuyun
S.Babayev, eyni zamanda, özəl sektorda iş yerlərinin qorunması üçün məqsədyönlü işlər aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, qeyri-dövlət sektorunda mövcud iş yerləri qorunub saxlanılmaqla, əmək müqavilələrinin sayı artmaqda davam edib. 2020-ci ilin 1 aprel tarixinə özəl sektorda əmək müqavilələrinin sayı 664 119 olubsa, bu göstərici 715 mini ötüb. Beləliklə, qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayında 1 aprel tarixindən 51 min müqavilə, 1 yanvar tarixindən isə 73 min müqavilə artımı olub.
Nazir işini və qazancını itirmiş şəxslərə birdəfəlik ödəmənin verilməsi işlərinə aprelin 9-dan başlandığını deyib. İşsiz kimi qeydiyata alınanlardan artıq 120 min nəfər üçün birdəfəlik ödəmənin bank və poçt filiallarına köçürüldüyünü, bu istiqamətdə ödənişlərin gündəlik olaraq davam etdiyini bildirib.
S.Babayev aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirilməsi və s. istiqamətlərdə aparılan işləri də qeyd edib.
İclasda Prezident İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.
13:29 / 06 May 2026
1
13:19 / 06 May 2026
32
13:15 / 06 May 2026
32
13:00 / 06 May 2026
28
12:58 / 06 May 2026
52
12:56 / 06 May 2026
150
12:49 / 06 May 2026
27
12:48 / 06 May 2026
34
12:45 / 06 May 2026
37
12:32 / 06 May 2026
46
12:30 / 06 May 2026
46
12:27 / 06 May 2026
44
12:17 / 06 May 2026
151
12:10 / 06 May 2026
172
11:58 / 06 May 2026
140
11:55 / 06 May 2026
43
11:47 / 06 May 2026
56
11:42 / 06 May 2026
51
11:32 / 06 May 2026
886
11:16 / 06 May 2026
50
11:11 / 06 May 2026
44
10:53 / 06 May 2026
57
10:52 / 06 May 2026
47
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.