Qaynar xətt:

(+99450) 247 90 86

Bakıdakı Avropa Liqasının finalında anşlaq və yeni azarkeş rekordu olacaq

2019-05/1559105643_08-51-42-1559100176_arsenalfight.jpg

CƏMİYYƏT

2081

29.05.2019, 08:54

\"\"  Bu gün Bakı Olimpiya Stadionunda \"Arsenal\" və \"Çelsi\" komandaları arasında keçiriləcək Avropa Liqasının final oyununda anşlaq olacaq.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdullanın Oxu24.com-a verdiyi məlumata görə, hazırda satışda cəmi 100 bilet qalıb. Onların da gün ərzində satılacağı gözlənilir. Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malik olsa da, UEFA-nın arenada quraşdırdığı studiyalar üzündən bu say 63 minə enib. Tribunalar tam dolacağı halda, bu, Avropa Liqasının (UEFA Kuboku) final oyunları tarixində rekord göstərici olacaq. Əvvəlki rekord göstərici 1999-cu ildə Rusiyanın paytaxtı Moskvada İtaliyanın \"Parma\" və \"Latsio\" komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb. 20 il əvvəlki qarşılaşmanı 62 min tamaşaçı izləyib. Qeyd edək ki, matç saat 23:00-da başlanacaq. {banner_reklam} Digər xəbərlər: \"Arsenal\" azarkeşləri Bakıda Mxitaryanın maykalarında gəzirlər - VİDEO Bakıda dəhşətli qəza: Ata və oğul öldü-Hadisə anının VİDEOSU