Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1361
az

Tanınmış aparıcıya vəzifə verildi

20:5103 May, 2018
1612
MANŞET
  • A
 Tanınmış televiziya aparıcısı Hüseyn Azəri bundan sonra fəaliyyətini Dövlət Reklam Agentliyində davam etdirəcək.

Oxu24.com xəbər verir ki, bu barədə Hüseyn Azəri "Facebook" səhifəsində yazıb.

H. Azəri bildirib ki, xəbər aparıcılığı və redaktorluğuna son qoyur. O, Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsində qurumun uğurları üçün çalışacaq. Tanınmış aparıcı həmkarlarına dəstəyə görə öz minnətdarlığını da bildirib və jurnalistlərlə sıx əməkdaşlıq edəcəyini qeyd edib:

"Bu gündən xəbər aparıcılığına və redaktorluğuna son qoyuram. Mənə doğma olan ARB 24 TV kollektivindən və ümumiyyətlə ARB ailəsindən ayrılmaq çətin olsa da halallaşıb bu addımı atdım. İndiyədək mənə göstərdikləri etimad və dost münasibətlərinə görə kollektivin hər bir üzvünə dərin təşəkkürümü bildirirəm. Sizin uğurunuz mənim də uğurumdur! Fiziki yanınızda olmasam da həmişə Sizinləyəm! Efirdən uzaqlaşsam da fəaliyyətim yenə də mətbuatla bağlıdır. İşimə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində davam edəcəyəm. Ümid edirəm ki, bu məsul işimdə Sizinlə daha sıx əməkdaşlıq edəcəyik. Dəstəyinizə həmişə ehtiyacım var. Harada olmağımdan asılı olmayaraq, müxbir kimi fəaliyyətə başlayan biri kimi özümü həmişə jurnalist hesab edirəm və edəcəyəm də. "

Qeyd edək ki, H. Azəri bu günədək ANS TV-də , Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətində çalışıb. Sonuncu iş yeri isə ARB 24 olub. Orada xəbər aparıcısı və redaktor vəzifəsində çalışıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
Azərbaycanda güclü YANĞIN: xəsarət alan var
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ -FOTO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu