TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
498
17.12.2024, 22:18
2024-cü il həm Azərbaycan, həm də digər bir sıra ölkələr üçün seysmik aktiv bir dövr oldu. İlin ilkin ayında - yanvarın 19-da 5,1 bal gücündə baş verən zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunmuşdu. Daha sonra iyul ayında Lənkəran bölgəsində 4,7 bal gücündə yeraltı təkanlar meydana gəlmişdi. Ən son isə noyabrın 23-də Laçın ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
OXU24.COM xəbər verir ki, artıq il sonudur. Bəs bu aktivlik 2025-ci ildə də ölkəmizdə müşahidə olunacaqmı? Növbəti ilin zəlzələ proqnozu necədir?
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev bu barədə Yenisabah.az-a açıqlama verib. O, bildirib ki, gələn ilin ilk anlarından seysmik aktivlik müşahidə ediləcək:
“Çox güman ki 2025-ci ilin ilk kvartasında nəinki Azərbaycanda, dünya miqyasında seysmik və tektonik aktivlik intensiv formada davam edəcək. Hesablamalarıma uyğun olaraq, dövrilik hələ ki davam edir. Azərbaycana gəlincə, həmişə öz çıxışlarımda qeyd etmişəm ki, güclü, dağıdıcı zəlzələ ölkəmizdə gözlənilmir. Səbəbi çox sadədir. Çünki Azərbaycan ərazisində yerdəyişmələr, dərində baş verən proseslər digər bölgələrdəki kimi intensiv sürətli deyil. Sakit Okean zonası, yəni İndoneziya, Filippin, Avropa zonası Yunanıstan, İtaliya, Türkiyə və Latın Amerikası zonasındakı kimi instensivlik bizdə yoxdur. Bu səbəbdən dağıdıcı, güclü zəlzələ Azərbaycanda gözlənilmir. Amma buna baxmayaraq, Azərbaycan zəlzələ bölgəsidir, seysmik olaraq aktiv bir yerdədir. Burada bir neçə seysmik ocaqlar mövcuddur”.
Ekspert ən təhlükəli ocaqlardan birinin Xəzər dənizi sayıldığını da qeyd edib:
“Ən təhlükəli ocaqlardan biri məhz Xəzər dənizidir. Çünki Xəzər mürəkkəb tektonik ərazidir. Burada bir neçə qırılma zonaları, qırışıqlar mövcuddur. Onların birləşmə nöqtələri genişdir. Üstəlik, seysmik ocaqlarla da zəngin bir ərazidir. Abşeron yarımadası və Bakı şəhərinə ən böyük təhlükə də məhz bu zonadan gəlir. Həmçinin, Şamaxı-İsmayıllı seysmik aktiv bölgəsi də Bakı və Abşeron ərazisi üçün bir növ təhlükə törədir.
2025-ci ildə Azərbaycanda hiss olunan zəlzələ, yəni 4,5-5,5 maqnitudalı ola bilər. Burada bir amil də var ki, yeraltı təkan səthə yaxındırsa, onun seysmik effekti daha çox hiss olunacaq. Ona görə hər zaman qeyd edirəm ki, seysmik ocağın dərinliyi vacib faktorlardan sayılır”.
23:42 / 16 İyul 2026
27
23:30 / 16 İyul 2026
31
23:28 / 16 İyul 2026
150
23:25 / 16 İyul 2026
33
23:25 / 16 İyul 2026
63
23:19 / 16 İyul 2026
95
23:16 / 16 İyul 2026
41
23:09 / 16 İyul 2026
224
22:41 / 16 İyul 2026
33
22:24 / 16 İyul 2026
52
22:23 / 16 İyul 2026
81
22:06 / 16 İyul 2026
54
21:57 / 16 İyul 2026
70
21:46 / 16 İyul 2026
64
21:42 / 16 İyul 2026
200
21:37 / 16 İyul 2026
175
21:31 / 16 İyul 2026
200
21:27 / 16 İyul 2026
68
21:16 / 16 İyul 2026
65
21:05 / 16 İyul 2026
83
21:03 / 16 İyul 2026
70
20:56 / 16 İyul 2026
101
20:48 / 16 İyul 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.