Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
OXU24.COM xəbər verir ki, hadisə Naxçıvan Sağlamlıq Mərkəzinin yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1937-ci il təvəllüdlü Quliyeva Həcər Həşim qızı və 1961-ci il təvəllüdlü Fəziyeva Hüsniyyə Həzi qızı ciddi xəsarət alıb. Zərərçəkmişlər dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR