TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
361
05.06.2024, 21:09
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı baş tutub.
Bu barədə OXU24.COM -a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Estoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri, regionda hazırkı proseslər, həmçinin Azərbaycan Ermənistan normallaşma prosesi müzakirə mövzusu olub.
Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi çərçivəsində görüşlərin vacibliyini vurğulayıblar.
C.Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri, eləcə də son dövrlər bölgədə sülh və sabitliyə, iki ölkə arasında etimad yaradılmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Sülh prosesində bir sıra həlli tələb olunan məsələlər ilə yanaşı, ümumilikdə real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Nazir delimitasiya komissiyaları arasında əldə olunan, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri qaytarılmasını və sərhədin bir qisminin delimitasiyasını ehtiva edən son razılığın əhəmiyyətini qeyd edib.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlıq üçün əlavə imkanlar yarandığı bildirilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19:06 / 25 Noyabr 2026
1
18:57 / 25 Noyabr 2026
368
18:54 / 25 Noyabr 2026
41
18:54 / 25 Noyabr 2026
51
18:48 / 25 Noyabr 2026
58
18:47 / 25 Noyabr 2026
79
18:39 / 25 Noyabr 2026
87
18:30 / 25 Noyabr 2026
82
18:28 / 25 Noyabr 2026
93
18:17 / 25 Noyabr 2026
107
18:13 / 25 Noyabr 2026
476
18:11 / 25 Noyabr 2026
121
18:02 / 25 Noyabr 2026
153
18:00 / 25 Noyabr 2026
95
17:49 / 25 Noyabr 2026
174
17:35 / 25 Noyabr 2026
92
17:21 / 25 Noyabr 2026
651
17:13 / 25 Noyabr 2026
112
17:01 / 25 Noyabr 2026
509
16:50 / 25 Noyabr 2026
134
16:38 / 25 Noyabr 2026
109
16:29 / 25 Noyabr 2026
103
16:27 / 25 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.