Qaynar xətt:

(+99450) 247 90 86

Goranboyun bir neçə kəndinə dolu yağdı

Goranboyun bir neçə kəndinə dolu yağdı

CƏMİYYƏT

265

13.05.2024, 09:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Goranboyun bir neçə kəndinə güclü yağış və dolu yağıb.

"OXU24.COM"un Qərb bürosunun məlumatına görə, dolu əsasən rayonun Zeynallı, Nərimanlı və Boluslu kəndlərinə düşüb.

Təxminən 10 dəqiqədən artıq davam edən təbiət hadisəsi zamanı tut, alça, ərik və digər meyvə ağaclarına zərər dəyib.

Dolu bir neçə avtomobil də zərər vurub. Sakinlər bildirib ki, son bir neçə ildə adıçəkilən kəndlərdə bu ölçüdə dolu müşahidə edilməyib.

Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur. Günorta saatlarında bölgədə Tovuz və Göygöl rayonlarına da dolu yağıb. Hazırda yağıntılı hava şəraiti davam edir.