Külli miqdarda zərgərlik məmulatlarının qanunsuz yolla ölkə ərazisindən çıxarılmasının qarşısı alınıb.
Oxu24.com -un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Bakı-Moskva aviareysilə gedən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.
Xanım vətəndaş 1-ci terminalın A zonasında quraşdırılmış rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə saxlanılıb. Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub və o, içərisində 5 ədəd boyunbağı olan kiçik kisəni qarın nahiyəsindən çıxararaq gömrük əməkdaşına təqdim edib. Bundan sonra sərnişinin üzəri təkrar cihazla yoxlanılıb və sərnişinin daxili orqanından 2 ədəd kiçik həcmli kisələr müəyyən edilib. Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları - 5 ədəd boyunbağı, 5 ədəd üzük-sırğa cütü dəsti, 1 ədəd kulon-üzük-sırğa cütü dəsti, 4 cüt sırğa və 1 ədəd üzük aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar olunan zərgərlik məmulatları 750 və 583 əyarlı qızıldan hazırlanıb və ümumi çəkisi 219,98 qram təşkil edir. Məmulatların üzərlərində olan ağ şəffaf qaşlar brilyantdır. Oxu24.com
ŞƏRHLƏR