Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8632
az

"Mehman ona əl qaldırıb" - Nazirlikdən fotosu yayılan zabitlə bağlı açıqlama

13:2007 Yanvar, 2019
767
KRİMİNAL
  • A
 Bir neçə gündür ki, sosial şəbəkələrdə məhbus Mehman Hüseynov tərəfindən döyüldüyü bildirilən 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun şəkilləri yayılır.  

Hazırda Ə. Abdalova  məxsus olduğu iddia edilən profil  bağlıdır.  Profildə həmin şəxsin müxtəlif vaxtlarda çəkdiyi şəkillər paylaşılıb.

Oxu24.com  xəbər verir ki, "Qafqazinfo” sözügedən profilin Ə. Abdalova məxsus olub olmadığı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Nazirlikdən bildirilib ki, sosial şəbəkədə yayılan fotolardan xəbərdardırlar. Sadəcə həmin profilin Əli Abdalova məxsus olub olmadığını bilmirik. Ümumiyyətlə, dövlət qulluqçusu da sosial şəbəkə istifadəçisi ola bilər. Qanunla bu qadağan edilməyib”.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da qeyd edib ki, həmin şəkillərin haradan əldə edildiyini bilmir: "Mənim bildiyimə görə, Əli Abdalovun hər hansı sosial şəbəkə hesabı yoxdur. Onun şəklini yayıb təhqir edənlər, hədə-qorxu gələnlərə bu heç də başucalığı gətirmir. Məhkum Mehman Hüseynov məhkəmə zabitinə əl qaldırıb və onu vurub. Bununla bağlı da cinayət işi qaldırılıb. İstintaq zamanı və məhkəmə prosesində buna qiymət veriləcək” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü