Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8620
az

Ad gününə yığışan 5 rəfiqə faciəvi şəkildə öldü - Hamısının 15 yaşı olub - FOTO

10:5607 Yanvar, 2019
1107
  • A
Otaqdan qaçış oyunlarının keçirildiyi məkanda baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb.

Oxu24.com  Mirror-a istinadla xəbər verir ki, Polşanın Koşalin şəhərindəki oyun kvestində yanğın olub. Nəticədə 5 yeniyetmə qız dünyasını dəyişib.

Otağın təxliyə sisteminin düzgün qurulmadığına görə qızlar vaxtında xilas ola bilməyiblər.

Ölənlərin 5-nin də 15 yaşı olub və onlardan biri doğum gününü qeyd edib. Yanğında həlak olanlardan 4-nün adı açıqlanıb və şəkilləri mətbuatda yayılıb.

Adları Karolina Barabas, Wiktoria Julia Pietras, Gosia Tymieniecka və Amelia Wieczorek olan qızlar eyni sinifdə oxuyublar.

Yanğınsöndürənlərin dediyinə görə, qızların olduğu bağlı otağı açmaq üçün xüsusi texnika və mütəxəssis lazım olub.

Yanğın qazsızma nəticəsində baş verib. Yaxınlıqdakı qazanxanadan sızan qaz qısaqapanmaya görə yanğın yaradıb.

PAP agentliyindən verilən məlumata görə, qaçış oyunlarının keçirildiyi mərkəzdə bu vaxta qədər təhlükəsizlik baxışı keçirilməyib.

Araşdırmalar nəticəsində qızların Karbon monoksid asfiksiasiyasından (oksigensiz qalıb, boğulma) öldüyü təsdiqlənib.

Yanğın zamanı 25 yaşlı kişi də xəsarət alıb. O, hazırda xəstəxanada müalicə olunur.

Qeyd edək ki, hazırda Azərbaycanda da bu tipli oyunların keçirildiyi "qorxu, macəra evləri" var.Milli.Az  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi