Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8581
az

Azərbaycana gələn qadın turistin çantasından görün nə çıxdı: Polis hərəkətə keçdi

13:1005 Yanvar, 2019
1044
KRİMİNAL
  • A
 Ölkəyə 2 kiloqram 65 qram kokainin gətirən əcnəbi saxlanılıb.

Oxu24.com -un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, kokain turist qismində gəldiyini bildirən Boliviya Respublikasının vətəndaşı Calle Fernandez Mariaya məxsus qara rəngli çamadanda aşkarlanıb.
Belə ki, həmin çamadana keçirilmiş baxış zamanı içərisində xüsusi usulla düzəldilmiş gizli saxlanc yerindən 2 kiloqram 65 qram narkotik vasitə - kokain aşkar edilərək götürülüb.

Fakt əsasında Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Calle Fernandez Maria şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Calle Fernandez Maria külli miqdarda kokaini Boliviyanın Santa Kruz de la Sierra şəhərindən avtobusla Braziliyanın Kampo Qrande şəhərinə, oradan hava yolu ilə Sao Paulo şəhərinə, sonra Rio de Janeiro şəhərinə, oradan isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə, son olaraq isə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə daşıyıb.

Cinayətin törədilməsində iştirakı olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var