Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8537
az

Bakıda pirotexniki vasitə turistin əlində partladı, iki barmağı kəsildi

09:5404 Yanvar, 2019
778
KRİMİNAL
  • A
  Yeni il axşamı Bakıda pirotexniki vasitə əcnəbi turistə ciddi xəsarət yetirib.

Hadisə 31 dekabr tarixində axşam saatlarında Bakıda baş verib. 34 yaşlı Türkmənistan vətəndaşı Yeni ili qeyd etmək üçün pirotexniki vasitəni yandırıb. Bu zaman həmin vasitə əlində partlayıb. Nəticədə həmin şəxsin sağ əlinin iki barmağı ciddi şəkildə zədələnib. Xəstəxanaya çatdırılan yaralını həkimlər dərhal əməliyyata götürüblər.

Əməliyyat zamanı zədələnən hər iki barmaq amputasiya edilib. Həkim-cərrah Rəşad Əkbərlinin sözlərinə görə, həmin şəxs pirotexniki vasitədən düzgün istifadə etmədiyi üçün bədbəxt hadisə baş verib.

Qeyd edək ki, bayramdan öncə Fövqəladə Hallar Nazirliyi pirotexniki vasitələrdən istifadə zamanı onun hər an həyati təhlükə yaradacağı haqda dəfələrlə xəbərdarlıqlar etmişdi. (Xəzər TV)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü