Balakəndə evdən qadın meyiti tapılıb.
Oxu24.com-un məlumatına görə, hadisə rayonun Tülü kəndində baş verib. Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda aşkarlanıb.
İlkin ehtimallara görə, 36 yaşlı qadın dəm qazından boğulub.
Qadının ölümünün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Qadının bir övladı var.
Faktla bağlı araşdırma davam etdirilir. Oxu24.com
ŞƏRHLƏR