Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8468
az

“Öldürülən iş adamı Fərhad Vahabovla qohum deyil” - Baş Prokurorluq

17:5201 Yanvar, 2019
583
KRİMİNAL
  • A
 Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının qətlə yetirilməsi ilə bağlı bəzi iddialara münasibət bildirib.

"Oxu24.com”un məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş MTN-in sabiq əməkdaşı Fariz Vahabovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq Aparat rəhbəri Fərhad Vahabovla hər hansı qohumluq əlaqəsi yoxdur.

E.Sultanov həmçinin bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, dekabrın 20-də naməlum şəxs iş adamı Fariz Vahabova yaşadığı evin həyətində bir neçə dəfə atəş açıb. O, hadisə yerindəcə ölüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin kimliyini müəyyənləşdirirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ