Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada dəhşətli qəza: 1 azərbaycanlı ölüb, 2-si yaralanıb

2018-12/1546152609_qasa.jpg

KRİMİNAL

778

30.12.2018, 10:49

\"\" Dekabrın 29-da Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nefteyuqansk rayonu ərazisində yük maşını ilə avtobusun toqquşması nəticəsində azərbaycanlılar da daxil olmaqla 6 nəfər ölüb, 24-ü yaralanıb. Onlardan 12-nin vəziyyəti ağırdır.
Oxu24.com report-a istinadən istinadən xəbər verir ki, bu barədə Yuqra hökumətinin rəsmi qərargahı məlumat yayıb. Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin məlumatına görə, qəza Bakı vaxtı ilə təqribən 17:00 radələrində \"Tümen – Xantı-Mansiysk\" federal avtomobil yolunun 820 km-də baş verib. \"MAZ\" markalı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq burada \"Rosneft\" ASC-nin Nefteyuqansk filialının əməkdaşlarını daşıyan avtobusla toqquşub. Ardınca \"Qazel\", \"Niva\" və yanacaqdaşıyan maşın da onlara çırpılıb. Qəza nəticəsində ölənlər arasında əslən azərbaycanlı olan 1973-cü il təvəllüdlü Rasim Ağaxanov da var. Həmçinin 2 azərbaycanlı – 1989-cu il təvəllüdlü Ruslan İsgəndərov və 1988-ci il təvəllüdlü Nail Mansurov xəsarət alıb.