Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8412
az

Xəzərdə Azərbaycan balıqçılarına atəş açıldı, 1 nəfər yaralanıb

21:5729 Dekabr, 2018
987
KRİMİNAL
  • A
Qazaxıstan sərhədçiləri Xəzər dənizinin onlara aid hissəsində qanunsuz balıq ovu ilə məşğul olan Azərbaycan balıqçılarına atəş açıblar.

Oxu24.com "Report"a istinadən bildirir ki, silahlı insident zamanı 1 nəfər Azərbaycan vətəndaşı yaralanıb.

Balıq ovçuları Xəzər dəniz hövzəsində 25 dekabr tarixində saat 23:45-də aşkar olunublar. Gəminin göyərtəsində 4 Azərbaycan vətəndaşı olub. Gəmidə həmçinin 40 ədəd nərə tipli balıq ovu nümunəsi, 10 qutu brokonyer qarmaq ipləri, peyk rabitəsi və naviqasiya vasitələri tapılıb.

Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Qazaxıstan sərhədçiləri gəmini dayandırmaq üçün təqib edən zaman atəş açmaq məcburiyyətində qalıblar. Bu zaman Azərbaycan vətəndaşlarından biri bazu önü sümüyündən güllə yarası alıb. Ona lazımi tibbi yardım göstərilib.

Qazaxıstan dövlət sərhədini qəsdən qanunsuz keçmə faktı üzrə cinayət işi açılıb.

Daha əvvəl Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas ediblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü