Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
837
az

"Mühafizəçinin marketdə işçini döyməyə ixtiyarı yoxdur" - Ekspertdən sərt açıqlama

16:4519 Aprel, 2018
1905
KRİMİNAL
  • A
Son zamanlar tez-tez metbuatda mühafizəçilərin kobud rəftarından , insanlara qarşı fiziki güc tətbiq etmələrindən , davranış qaydalarını aşmaları barədə məlumatlar yer alır. Mühafizəçilərin bu cür davranışı təbii ki, cəmiyyətdə birmənalı qarşılanmır. Hər kəs mühafizəçini ciddi , nəzakətli , səbrli və işinin peşəkarı olmaqla ,olduğu obyektin və orada olan insanların təhlükəsizliyini təmin edən biri kimi təsəvvür etdiyi halda tam başqa bir mənzərənin şahidi olurlar.

Bəs mühafizəçi necə davranmalıdır? Oğurluq yaxud digər anlaşılmazlıq vəziyyətində nə etməlidir? Mövzu ilə bağlı oxu24.com -un suallarını cavablandıran Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki,mühafizəçi  oğurluq  faktı aşkar edərsə, buna həssas yanaşmalıdır.

"Mühafizəçilərin  fəaliyyəti “Qeyri-dövlət özəl mühafizə haqqında “ qanunla  tənzimlənir. Mühafizəçini işə  götürərkən onun fiziki olaraq sağlam olması , psixoloji və narkoloji müayinədən keçməsi , məhkumluqda olmaması barədə arayış tələb olunur. Mühafizəçiyə kurs keçirilir , təlimatlar verilir , hadisə baş verərsə necə davranmaq lazımdır , fövqaladə vəziyyətdə nə etmək lazım olduğu təlimatlandırılır. Mühafizəçi xidmətdə olarkən  səbrli , təmkinli , nəzakətli olmalı və baş verən hadisəyə soyuqqanlı yanaşmalı , etik normalara riayət etməklə ele davranmalıdır ki, qarşısındakı insanda qıcıq yaratmamalı , onu özündən çıxaracaq hərəkətlər etməsinə şərait yaratmamalıdır.Əgər qarşısındakı adam kobudluq edərsə bele onu davranış  qaydalarına riayət etməklə nizam-intizama  cəlb etməlidir. Ümumiyyətlə  oğurluq faktı aşkar edərsə, buna həssas yanaşmaq lazımdır. Şübhələndiyi şəxslə nəzarət müşahidə kameralarının altında yoxlamanı keçirmək lazımdır ki, daha sonra sübut fakt olsun. Şübhəli şəxsi hər hansı otağa salmaq orada saatlarla saxlamaq ona qarşı kobud hərəkətlər etmək yolverilməzdir. Heç bir halda fiziki güc tətbiq etmək olmaz. Oğurluq edibsə belə qanun var , hüqüq var , hüquq mühafizə orqanları var . Əgər mühafizəçi vəzifə səlahiyyətlərini aşaraq heç bir zərurət olmadan ,orada olan  insanların həyatı üçün təhlükə olmadığı halda və digər bütün təsir imkanlarından istifadə etmədən fiziki qüvvə tətbiq edərsə qanuna uyğun şəkildə məhsuliyyətə cəlb edilə bilər.Yaxşı olarki obyektin rəhbər vəzifəli şəxsləri də belə məqamlarda bir az həssas yanaşsınlar. Soyğunluq , qarət və talan məqsədi ilə obyektə kənar şəxslərin girməməsi üçün bütün təhlükəsizlik təbdirlərin görülməsi vacibdir. Ancaq çörək , su oğurlayan adama potensial cinayətkar kimi yanaşmaq olmaz. Ya oğurladığı malı ehiyyac üzündən etdiyini deyirsə ona bağışlayırsan çıxıb gedir yada zərərçəkən kimi hüquq mühafizə orqanına təhvil verirsə."

Xatırladaq ki, dünən axşam 21:20 radələrində "Nefçilər" metrostansiyasının yaxınlığında yerləşən "Rahat" matketdə oğurluq hadisəsi baş verib.Belə ki, 30-35 yaşlarında bir nəfər kişi piştaxtalara yaxınlaşaraq şokolod, çörək və digər bir neçə ərzaq məhsulunu oğurlayarkən marketin mühafizəçiləri tərəfindən saxlanılıb.Daha sonra həmin şəxs marketin mühafizə kabinetinə aparılıb.
Bir neçə dəqiqədən sonra oğurluq edən şəxs sifəti qanlar içərisində marketdən qaçmağa cəhd edib.O, bayıra çıxmağa cəhd göstərsə də, mühafizəçi və başqa bir mülki geyimdə olan şəxs tərəfindən yenidən saxlanılıb. Həmin şəxsin kim olduğu isə, hələlik bəlli deyil.Maraqlı məqam odur ki, mülki geyimdə olan şəxs oğurluq edənə "qaçsan, səni vuraram" deyə təhdid edirdi.

Oxu24.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu