Qaynar xətt:

(+99450) 247 90 86

Masallıda güclü partlayış: Bir ailənin iki üzvü yandı

KRİMİNAL

1126

10.12.2018, 11:28

Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib. Oxu24.com  xəbər  verir  ki, hadisə  nəticəsində  bir  ailənin  iki  üzvü, Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohum Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar. Dərhal  hadisə  yerinə gələn  Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Mərkəzin mütəxəssisləri tərindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb. Lakin buna baxmayaraq bədən sətinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ciil təvəllüdlü)dünyasını dəyişib. Müseyibov Məhəmməd(2010 –cu il təvəllüdlü) və Kərimov Sənan (2006-cı il təvəllüdlü)bədən sətinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir. Vəziyyətləri ağırdır.