Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7782
az

Bakı metrosunda döyülən qız danışdı: "Birdən üzümə yumruq vurdu"

19:2309 Dekabr, 2018
1180
KRİMİNAL
  • A
Polisə şikayət ərizəsi vermişəm, etdiyi hərəkətə görə cavab verəcək.

Bu sözləri dünən metronun Nizami stansiyasında sərnişinlər arasında yaşanan davada zərərçəkmiş 1988-ci il təvəllüdlü Pərvanə Fərmanzadə deyib.

Onun sözlərinə görə, qatarda ona yumruq zərbəsi vuran şəxsin adı Əli olub:

"Rəfiqəmlə qatarda söhbət edirdik. Bilmədən yaxınlıqda dayanan oğlanın çiyninə toxunmuşam. Metroda sərnişinlər çox olanda belə hallar olur. Amma həqiqətən də mən toxunduğumu hiss etməmişəm. Birdən qayıtdə mənə dedi ki, "yaxşı çiyin döyüşünə gedə bilərsən, döyüşək bəlkə?”.

Mən də dedim ki, çymişəmsəiyninə də, bağışla. Sonra məni təhqir edərək, "sən heç bilirsən nəyə, kimə oxşayırsan?” dedi. Mən də əsəbləşdim ona söyüş söydüm. O da birdən üzümə yumruq vurdu. Sonra dava düşdü, təpik vurdu. Qatar stansiyaya çatanda polisləri çağırdım, onu saxladılar. Ərizə yazanda bildim ki, oğlanın adı Əlidir. Dünən polis bölməsinə çağırmışdılar, araşdırma apardıqlarını deyirlər. Kamera görüntüləri var, orda təpik vurulan an düşüb. Bu iş məhkəməyə qədər gedəcək”.

Xatırladaq ki, hadisə ayın 6-da metronun Nizami stansiyasında yaşanıb.

oxu.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ