Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7254
az

Bakı metrosunda təhlükəli anlar: Maşinist ölümdən son anda qurtuldu

10:5821 Noyabr, 2018
954
KRİMİNAL
  • A
 Noyabrın 19-u səhər saat 7 radələrində “Bakı Metropoliteni”nin Bənövşəyi xəttinin “Memar Əcəmi-2” stansiyasında həyəcanlı anlar yaşanıb.

Modern.az xəbər verir ki, həmin saatda növbədə olan maşinist Rəmzi Rüstəmov qatarı “Avtovağzal” istiqamətində hərəkət etdirmək üçün platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, sərnişin axınına məruz qalıb.

Bu vaxt maşinist iki vaqonun arasına düşüb. Xoşbəxtlikdən sərnişin və metropoliten əməkdaşlarının dərhal verdiyi reaksiya ilə R.Rüstəmov 825 voltluq təmas relsinin üstünə düşməkdən son anda qurtulub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə maşinistin qolu qırılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiqləyib:

“Bəli, belə bir hadisə olub. Rəmzi Rüstəmov vaqondan vaqona keçərkən səhlənkarlığa yol verib. Yıxılıb, xoşbəxtlikdən daha ciddi xəsarət almayıb, qolu qırılıb. Bu barədə Əmək Müfəttişliyinə xəbər verilib. Hazırda maşinist bülletendədir. Təbii olaraq, o vəziyyətdə işə çıxa bilməz. Əmək Müfəttişliyi hadisəni araşdırdıqdan sonra yekun qərar veriləcək”.

B.Məmmədov qeyd edib ki, maşinistin kabinanı dəyişmə səbəbi qatarıın “Memar Əcəmi-2 ” stansiyasından “Avtovağzal” stansiyasına gedib və qayıtmasıdır:

“Maşinist qatarı “Avtovağzal” stansiyasına sürmək üçün kabinanı tərk edib, digər kabinaya gedərkən belə bir hadisə yaşanıb”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi