İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən zərərçəkmiş şəxslər tərəfindən də apellyasiya şikayəti verilib.
Oxu24.com Oxu.az-a istinadən xəbər verir ki, onlar şikayətlərində T.Səmədovaya daha ağır cəza verilməsini tələb edirlər. İş üzrə məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, T.Səmədova barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.
Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub.
Təranə Səmədova iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib. Oxu24.com
ŞƏRHLƏR