Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7228
az

Ailəli kişinin evinə gedən gənc qız: Ayılanda gördüm ki, artıq gecdir

13:3420 Noyabr, 2018
1049
KRİMİNAL
  • A
  Məni evdə xidmətçi kimi işlədirdilər. Anam saçımdan tutub sürüyürdü. Evin bütün işlərini mənə gördürürdülər. Bunu övlad olaraq etmək başqa, xidmətçi kimi alçaldılaraq etmək başqa. Bir stəkan çayın rəngi azacıq açıq olanda, çayı üstümə tullayırdı ki, get, təzəsini gətir.

Hər bir ailənin özünəməxsus tərbiyə qaydaları, adətləri, qəbul edib-etmədiyi nüanslar olur. Lakin ailədə övladlara qarşı biganə münasibət birmənalı olaraq həmin uşaqların taleyinə təsir edir. Bu gün haqqında danışacağımız 21 yaşlı L.A. (ad şərtidir) məhz valideynlərinin biganə münasibətindən qurtulmaq üçün bir çox səhvlərin qurbanı olub.

Oxu.Az 21 yaşlı qızın acı taleyini təqdim edir:

“Xahiş edirəm məni anama verməyin, o məni öldürəcək”

Dayanmadan bu cümləni təkrar edirdi. Düşündüm ki, o, bu sözləri ani bir qorxunun təsiri altında deyir. Ağlamaqdan iki cümləni ard-arda qoşub deyə bilmirdi. Nəhayət, özünü toplayıb danışmağa başladı. L. A. deyir ki, bir anda bütün həyatı alt-üst olub:

“Doqquzuncu sinfi bitirdikdən sonra ailəm mənə düşmən kimi davranmağa başladı. Atam məni evləndirmək istəyirdi, mən isə sevmədiyim insanla evlənmək istəmirdim. Bir neçə dəfə evə gələn adamlara kobudluq etmişdim.

Bəlkə də, onun əvəzini çıxmaq üçün anam mənə zülm verirdi. Saçımdan tutub sürüyürdü. Bir işi gecikdirəndə ağac budağını qırıb, əllərim göyərənə qədər vururdu. Qonşunun qızları kursa, gəzməyə gedirdi. Mən isə heç yerə çıxa bilmirdim.

Dörd ay bundan qabaq qonşumuz evini təmir etdirirdi. Bir dəfə usta bizim qapını döyüb atamdan kömək istəmişdi. Məni də onda görmüşdü. Ondan çox xoşum gəlmişdi. Sonra bəhanələrlə bizə gəlib-gedirdi. Bir dəfə nömrəsini yazıb qoymuşdu stəkanın yanına. Məndə görüb, götürmüşdüm. Onunla danışmağa başladıq. Anam bunu bilənə qədər, hər şey yaxşı idi. Anam öyrəndikdən sonra atama dedi və məni öldürəcəkləri ilə hədələdilər”.

L. A. danışdıqca onun dediklərinə dair suallarım yaranmağa başlayırdı. Bəlkə də, valideynlərinin laqeyd münasibətinin də rolu var, amma başına gələnlərin əksəriyyətinin öz səhvi olduğunu da başa düşürdü. O bildirir ki, qonşuluqda işləyən usta onunla evlənəcəyini deyib:

“İki aya yaxın telefonla danışırdıq. Hər şey yaxşı idi. Mənim ondan xoşum gəlirdi. O deyirdi ki, mənimlə ailə quracaq. Evimizdə xadimə kimi işləməkdən o qədər yorulmuşdum, sevinirdim ki, ailə qurub gedəcəm. Sonra anam mənim oğlanla danışdığımı bildi və telefonumu əlimdən aldı. Həmin gün gecəni səhərə kimi məni döydü, otaqdan çıxmağa qoymadı. Sabah evdən qaçıb bibimgilə getdim. Bir müddət onlarda qaldım. Bibimgilin ev telefonundan oğlanı yığıb danışırdım.

Ayın sonunda 110 manat telefon borcu gələndə bibim məni döyüb evdən qovdu. Atama da zəng elədi ki, qızın bizə borc yazdırıb, gəl ödə. Atam bibimgilə gələndə oğlana zəng edib yalvardım ki, məni aparsın. O da məni evinə dəvət etdi. Yemək yedik. Sonra içməyə nəsə gətirdi və bəyənəcəyimi dedi. Onu içəndən sonra özümdə olmamışam. Səhər oyananda birinci heç nə başa düşmədim. Amma başım özümə qayıdandan sonra gördüm ki, artıq gecdir”.

“Mən evliyəm, səninlə evlənə bilmərəm”

Başına gələnləri danışdıqca üzündə qəribə bir ifadə yaranırdı. Bütün baş verənlərdən sonra sanki evlərində, özünün də dediyi kimi, “xadimə” işləməyə razıyam” deyərmişcəsinə ifadə vardı. Ağlamaqdan gözləri qan çanağına dönmüşdü. Deyir ki, oğlana çox yalvarsa da, heç bir faydası olmayıb: “Mən onun 37 yaşı olduğunu bilmirdim. Evli olduğunu da deməmişdi. Məndən böyük olduğunu bilirdim, amma bu qədər yox. Elə bilirdim, o da məni sevir. Həmin gecənin səhəri mənə dedi ki, evlidir, ailəsi var və mənimlə evlənə bilməz. Sonra dedi ki, bu barədə heç kimə heç nə deməyim. Hər şey yaxşı olacaq. Gedəcək yerim qalmamışdı deyə ölüm qorxusu da olsa, qayıtdım bibimgilə. Atam gəldi, məni sürüyə-sürüyə apardı evimizə.

Telefon pulunu qorxumdan boynuma almırdım, amma sonda məcbur olub etiraf etdim. Anam gecə ilə suya dərman qatıb məni zəhərlədi. Sonra qorxdular, tez həkimə apardılar. Həkim mədəmi yudu, qayıtdıq evə. Başıma gələnləri heç kimə deyə bilmirdim. Anamgil məni bir yolla öldürməyə qərarlı idilər, bilirdim. Qorxudan evdən qaçdım”.

Bir gün küçədə yatdığını deyən L.A.-nın sözlərinə görə, tanımadığı bir qız ona kömək edəcəyini bildirərək, evlərinə aparıb:

“Bir qız dedi ki, sənə kömək edəcəm. Onunla getdim. Bir gün evlərində qaldım, səhər oyananda məni polisə aparacaqlarını dedilər. Polisə getmək istəmirdim. Dedim, məni ora aparsanız özümü öldürəcəm. Dayılarıma, xalalarıma, bibilərimə zəng elədim. Kömək istədim. Heç biri yaxın durmadı. Bibim dedi ki, atan deyir, evə qayıtsa, bağışlayacam. Amma yalan deyir, məni namus üstündə öldürəcəklər. Mən belə olmasını istəməmişdim. Bibimgil harada qaldığımı soruşur, qorxumdan demirəm ki, atam gəlib tapacaq. Nə edəcəyimi, kimdən kömək istəyəcəyimi bilmirəm”.

21 yaşlı L.A.-nın danışdıqları film kimi görünsə də, təəssüf ki, həqiqətdir. Bəlkə də, o da həyatın filmlərdən çox daha fərqli olduğunu bundan sonra başa düşəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ