Qaynar xətt:

(+99450) 247 90 86

Bakı Dövlət Universitetinin giriş-çıxışı bağlandı - Abel Məhərrəmov həbs olunur?

KRİMİNAL

845

18.11.2018, 15:25

\"\" Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb. Yenicag.az xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib. Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir. Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir. Yoxlamalar nəticəsində ciddi həbslərin olacağı gözlənilir.