Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda sabiq məmurun evinə basqın - pul və qızıl-zinət əşyaları aparıldı

2018-11/1542045947_zinet.jpg

KRİMİNAL

1263

12.11.2018, 22:05

\"\" Oxu24.com-un report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Bakı küçəsində qeydə alınıb.
Belə ki, ev sahibi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələn maskalı şəxs onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb. Zərərçəkmiş məsələ ilə bağlı polisə məlumat verib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ev ötən il Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad edilmiş Fərman Nağdaliyevə məxsusdur və onun həyat yoldaşı F.Məmmədovaya hər hansı bir xəsarət yetirilmədiyi bildirilir.