Milli Məclisin deputatı Qusarda keçindi. İstiPress-in Şimal bürosunun məlumatına görə, 120 saylı Qubadlı-Cəbrayıl DSK-dan deputat seçilmuş deputatı Astan Şahverdiyev aprelin 15-i səhər saat 8 radələrində Qusarda dincəldiyi istirahət mərkəzində dünyasını dəyişib.
Məlumata görə, o hadisədən bir gün əvvəl Misirxan adlı dostu ilə Qusara gəlib və yenicə fəaliyyətə başlamış "Şato" adlı istirahət mərkəzində qalıb. Paytaxtdakı ali məktəblərin birinin müəllimi olan Mehdixan səhər saat 07:00 radələrində dostunu səhər yeməyinə dəvət etmək üçün otağının qapısını döyüb. Bu zaman Astan Şahverdiyev dostuna özünü pis hiss etdiyini deyib. Dərhal təcil yardım çağrılıb və həkim briqadası tez istirahət mərkəzinə gəlib. Amma təcili yardım gələnədək Milli Məclisin üzvü keçinib. Oxu24.com
ŞƏRHLƏR