“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan - Görüntüləri
26 Sentyabr 2026, 19:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1615
29.03.2022, 21:11
"Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları Vətən müharibəsi dövründə Azərbaycan ərazisindəki azsaylı xalqların nümayəndələri ilə sosial şəbəkələr üzərindən azərbaycanlı ad-soyadları, qadın ad-soyadları vasitəsilə, milli hissləri ilə oynayaraq əlaqələr qururdular. Və sonradan onlar üçüncü dövlət ərazisinə çıxarılaraq əməkdaşlığa cəlb olunurdular. Bəzi hallarda iradəsi zəif insanlar, sosial mənada özünü həyatda tapa bilməyənlər, ermənilərin ideyalarını qəbul etmiş şəxslər, təəssüf ki, Ermənistan xüsusi xidmət orqanlarının təbliğatının qurbanına çevrilmişlər”.
Oxu24.com xəbər verir ki, bu barədə İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı bildirib.
Onun sözlərinə görə, DTX-nin bu sahədə həyata keçirdiyi tədbirlər zamanı Azərbaycan Respublikasının 1970-ci il təvəllüdlü vətəndaşı Zəkiyev Aydın Zəki oğlu saxlanılıb:
"Məlum olub ki, həmin şəxs sosial şəbəkələrdə Ermənistan xüsusi xidmət orqanlarının diqqət dairəsinə düşmüş, onunla ilkin kontaktlar yaradılmış, sonradan həmin əlaqələr inkişaf etdirilmiş, üçüncü ölkə ərazisinə çıxarılmış və həmin ərazidə əməkdaşlığa cəlb olunmuşdur. Onun qarşısında qoyulan tapşırıqlardan biri də Azərbaycanda millətlər arasındakı münasibətləri gərginləşdirə biləcək yalan məlumatların, eləcə də bəzi Azərbaycan vətəndaşlarına xitabən onları müharibədən yayındırmağa yönələn fikirlərin yayılması olub.
Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib”.
20:32 / 26 Sentyabr 2026
10
20:14 / 26 Sentyabr 2026
51
20:00 / 26 Sentyabr 2026
324
19:44 / 26 Sentyabr 2026
52
19:26 / 26 Sentyabr 2026
58
19:11 / 26 Sentyabr 2026
113
18:58 / 26 Sentyabr 2026
52
18:38 / 26 Sentyabr 2026
49
18:19 / 26 Sentyabr 2026
59
17:57 / 26 Sentyabr 2026
53
17:18 / 26 Sentyabr 2026
272
17:16 / 26 Sentyabr 2026
63
17:15 / 26 Sentyabr 2026
59
17:11 / 26 Sentyabr 2026
70
16:44 / 26 Sentyabr 2026
65
16:42 / 26 Sentyabr 2026
64
16:04 / 26 Sentyabr 2026
73
15:55 / 26 Sentyabr 2026
65
15:13 / 26 Sentyabr 2026
73
15:02 / 26 Sentyabr 2026
344
15:00 / 26 Sentyabr 2026
289
14:55 / 26 Sentyabr 2026
71
14:52 / 26 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.