Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6422
az

Əmisi oğlunun arvadını qaçıran oğlanın yasında 4 nəfər iştirak etdi: Söyüş qoyulubmuş

11:2725 Oktyabr, 2018
1081
KRİMİNAL
  • A
 Azərbaycanda əmisi oğlunun həyat yoldaşını qaçırdığı üçün öldürülən gəncin qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

ATV-də yayımlanan "Bizimləsən" verilişində hadisənin baş verdiyi Qubanın Tülər kəndindən süjet yayımlanıb.

Mərhumun evində olan kanal əməkdaşları öldürülən 26 yaşlı Elşad Əsədovun yas mərasiminə qatılan yaxınlarından açıqlama alıb. İki uşaq anası olan Aynuru qaçıran Elşadın qohumları dəhşətli cinayətin detallarından danışıb.

Bildirilib ki, Elşadı gecə kəndin camaatı döyüb. Ürəyinə iki dəfə bıçaq vurulub. Anası iddia edir ki, öləndən sonra da oğlunu döyüblər. Onu vurmayan kənd camaatına süyüş qoyulub. Hətta yas mərasimində iştirak etmək istəyənlərə də söyüş söyülüb. Məhz buna görə Elşadın yasında cəmi 4 nəfər iştirak edib.  

Qeyd edək ki, oktyabrın 22-də Elşad 2 uşaq anası olan Aynuru qaçırdığı üçün qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülmüş və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölmüşdür.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.
 
///Baku.ws Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ