Qaynar xətt:

(+99450) 247 90 86

Ana və qızını maşın vurub

2018-10/1540405805_vur.jpg

KRİMİNAL

794

24.10.2018, 22:29

\"\" Sumqayıt şəhərində iki nəfərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu24.com \"report\"-a istinadən bildirir ki, yerli sakinlər - 1977-ci il təvəllüdlü Zeynalova Sevil Habil qızı və onun 20 yaşlı qızı Səbinə Zeynalova şəhərin 13-cü mikrorayonu ərazisində yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub.
Yaralılar dərhal \"təcili yardım\" maşını ilə xəstəxanaya çatdırılıb. Ana və balanın vəziyyəti ağır olduğundan , onlar Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər. Sürücü hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb Faktla bağlı araşdırma aparılır.