Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda ŞOK HADİSƏ – Çağırılmamış qonaq şadlıq evinə gəldi, bəy bıçaqlandı, atası öldü

Azərbaycanda ŞOK HADİSƏ – Çağırılmamış qonaq şadlıq evinə gəldi, bəy bıçaqlandı, atası öldü

KRİMİNAL

580

23.12.2021, 11:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı rayonunda bu ilin 18 iyul tarixində İsmayıllı rayonunda keçirilmiş toy məclisində baş vermiş dava-dalaş hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com  xəbər verir ki, İsmayıllı rayon Məhkəməsində hadisəni törədən 1996-cı il təvəllüdlü Hafiz Ağayev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddəsi ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb. Bəlli olub ki, hadisəni törədən şəxs çağırılmasa da həmin gün İsmayıllı şəhərində yerləşən “Gülüstan” şadlıq evində keçirilən tanışı, 1993-cü il təvəllüdlü Abuzər Tahirlinin toyuna gedib. O, əvvəlcə toyda iştirak edən bəyin xalası oğlu, daha sonra isə bəyin qardaşı ilə dalaşıb. Bundan sonra toydan qovulan Hafiz bıçaq götürərək bəyin yaşadığı evə gedib.

Məhkəmədə ifadə verən zərərçəkmiş A.Tahirli hadisəni belə nəql edib: “18 iyul 2021-ci il tarixdə mənim toyum keçirilib. Toydan bir gün əvvəl toy axşamı dediyimiz məclisdə Hafiz də iştirak edib, həmin gün ona xoşgəlin də etmişəm. Səhərisi gün “Gülüstan” şadlıq sarayında toy baş tutdu. Toy təxminən 18 radələrində başladı və toya qardaşım İlkin nəzarət edib. Təxminən saat 21 radələrində xalam oğlu Asimin toya çağırılmadan gəklmiş Hafizlə mübahisə etdiyini toyda olan şəxslərdən eşitdim və onların mübahisə etdiyi yerə, yəni şadlıq sarayının foyesinə getdim. Foyeyə daxil olanda Hafizin oradan çıxdığını gördüm və buna görə də Asim ilə Hafizin nə danışdıqlarını və nəyə görə mübahisə etdiklərini bilmədim. Hafizin toya kimin dəvəti ilə gəldiyini bilmirəm. Toydan sonra saat təxminən 22 radələrində qohumum Sübhandan mənə siqaret gətirməsini xahiş etdim və küçəyə çıxıb onu gözlədim. Həmin vaxt Hafizin yaşadığım evin qapısına tərəf gəldiyini gördü. Hafiz mənə yaxınlaşaraq qardaşım İlkinin nəyə görə onu vurduğunu və ona söydüyünü soruşdu. Mən də Hafizə İlkinin onu vurub-vurmadığını görmədiyimi və “kişiyə kişi, peysərə peysər deyərlər” dəklində cavab verdim, bu zaman aramızda mübahisə yarandı. Belə ki, Hafizin narahat biri olduğunu, qardaşım İlkinə xəsarət yetirə biləcəyini təxmin edirdim. Buna görə də Hafiz ilə İlkinin qarşılaşmasına imkan vermək istəmirdim. Mübahisə zamanı Hafiz bizim ev tərəfə getmək istəsə də, ona evə tərəf getməyə imkan vermədim. Mübahisə edərkən Hafiz anidən yumruqla sinəmdən, bundan sonra isə bıçaqla 1 dəfə sinəmdən, daha sonra isə həmin bıçaqla 2 ədəd belimin sol aşağı hissəsindən vurdu. Bıçaq zərbələrindən sonra yerə yıxıldım. Bundan sonra gördüm ki, İlkin Hafizə tərəf gedir. Hafiz 1 dəfə bıçaqla İlkinin qolundan vurdu. Hafiz bıçaqla hamını qorxutduğu üçün heç kəs ona yaxınlaşmadı. Həmin vaxt Hafiz yaxınlıqda olan VAZ 2107 markalı avtomobilə əyləşərək oradan getdi. Məhkəmədən təqsirləndirilən şəxsi qanunla nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsini xahiş edirəm”.

İfadə verən İlkin Tahirli də Hafizin həmin gün toya glərək dava-dalaş saldığını, daha sonra onu şadlıq sarayından kənarlaşdırdıqlarını deyib.

Təqsirləndirilən şəxs isə münaqişənin şadlıq evində bəyin qardaşı və xalası oğlunun onu vuraraq “peysər” deməsinə görə baş verdiyini bildirib və törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, hadisə vaxtı 2 oğlunun bıçaqlandığını görən 1961-ci il təvəllüdlü Nəriman Səfəralıyev infarkt keçirərək vəfat edib.

Dekabrın 21-də fakt üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İsmayıllı rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesin yekununda Hafiz Ağayevin 2 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edilib.Publika.az

Bloqer Bikəxanım Məmmədli 8 Noyabr  Zəfər Günü münasibətilə təbrik paylaşımı edib

14:54 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib

131

0
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu - RƏY 

14:49 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu - RƏY 

133

0
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI 

14:44 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI 

271

0
İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

14:31 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

136

0
 Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib  - BELƏ QARŞILANDI

13:45 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

 Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib  - BELƏ QARŞILANDI

326

0
Ərdoğanın Azərbaycan səfərinin YENİ DETALLARI

13:35 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ərdoğanın Azərbaycan səfərinin YENİ DETALLARI

782

0
Polkovnik-leytenant: Müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır

13:21 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Polkovnik-leytenant: Müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır

165

0
Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib 

13:16 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib 

163

0
Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

13:06 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

156

0
Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

12:47 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

1015

1
Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

143

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

139

0