Xüsusi təyinatlılar azərbaycanlı insan qaçaqçısını belə yaxaladı (VİDEO)
16:0414 Aprel, 2018
2163
KRİMİNAL
A
Belarus xüsusi təyinatlıları Vyetnamdan olan 11 qeyri-leqal miqrantı Avropa İttifaqı ərazisinə keçirmək üçün aparan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmaya qarşı Minsk yaxınlığında əməliyyat keçirib.
Oxu24.com virtualaz.org-a istinadən xəbər verir ki, sərhəd xidmətinin xüsusi təyinatlıları Minsk vilayətinin Rakova rayonunda silah tətbiq etməklə qruplaşmanın üzvlərini yaxalayıblar. Əməliyyat-axtarı tədbirlərinin nəticəsi olaraq Minsk ətrafındakı şosse yolda içərisində miqrantlar olan 3 avtomobil saxlanılıb. "Qanunsuz miqrasiyanın təşkilatçısı olan 33 yaşlı Azərbaycan vətəndaşı və miqrantları daşıyan iki Belarus vətəndaşı, habelə Çeçenistandan olan iki müşaiyətçi saxlanılıb” - Dövlət Sərhəd Komitəsi bildirir.
Sərhədçilərin bildirdiyinə görə qeyri-leqal miqrantlar Belarus ərazisi ilə sərhədə tərəf aparılırdı və mütəşəkkil qruplaşma Qrodno istiqamətindən onları Avropa İttifaqı ərazisinə keçirməyi planlaşdırırdı. Miqrantların heç birinin üzərində şəxsiyyətlərini təsdiq edən sənəd olmayıb. Qruplaşma üzvləri barədə cinayət işi qaldırılıb.
ŞƏRHLƏR