Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6245
az

Bakıda atasını balta ilə vuran qız danışdı: "Buna görə onu vurdum"

19:5118 Oktyabr, 2018
1110
KRİMİNAL
  • A
 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliya Həbibovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, hadisə zamanı atası Cəmşid Salxakin onu boğub: "Mən də özümü müdafiə etmək istəyirdim. Buna görə də atamı vurdum”.

Daha sonra zərərçəkmiş C.Salxakin dindirilib. O, qızını bağışladığını və ondan şikayətçi olmadığını deyib.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

İttiham aktına əsasən, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində baş verib.

Həmin ünvanda ailə münaqişəsi zamanı A.Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub.

C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Daha sonra A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə A.Həbibova barəsində polis nəzarəti qətimka

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+