"The Washington Post"un köşə yazarı Camal Haşoqqinin qətlə yetirilməsi ilə daha bir maraqlı fakt ortaya çıxıb.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,İstanbul konsulluğunda parçalanmış cəsədi tapılan jurnalistin qalıqları binadan çıxarılarkən kameralara tuş gəlib.Türkiyə mediasının diqqətini cəlb edən məsələlərdən biri polis əməkdaşlarının üzərində qan izinə bənzəyən qırmızı ləkələrin olmasıdır.Mətbuatın bunun qan ləkəsi olmasını iddia etsə də, rəsmi qurumlar bunun ekspertiza aparılması üçün istifadə olunan kimyəvi maddə olduğunu açıqlayıb.
Qeyd edək ki,Camal Haşoqqin oktyabr ayının 2-də İstanbul konsulluğunda işgəncə ilə öldürülüb.Onun bədəni mişarla bir neçə hissəyə ayrılıb və cəsədə işgəncə verilib.Türkiyə mediasına istinadən ərazidən videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR