Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ!Artur Rasizadənin müşavirinin kürəkəni güllələndi

KRİMİNAL

1188

18.10.2018, 13:23

İstanbulun Beykoz səmtində iş adamı Mustafa Erkin Karamana silahlı hücum olub. Oxu24.com  Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə ötən axşam saat 20:00 radələrində iş adamı avtomobilində olduğu zaman baş verib. Hələlik kimliyi məlum olmayan şəxs və ya şəxslər avtomobilə 5 dəfə atəş açaraq hadisə yerindən qaçıblar. İş adamı iki güllə yarası alıb. Beykoz Dövlət Xəstəxanasına yerləşdirilən Karaman daha sonra özəl xəstəxanalardan birinə yerləşdirilib. Cinayətkarların tapılması üçün araşdırma başladılıb. Qeyd edək ki, Mustafa Erkin Karaman Azərbaycanın keçmiş baş naziri Artur Rasizadənin sabiq müşaviri Musa Məmmədovun kürəkənidir. O, 2012-ci ildə Günel Məmmədova ilə Çırağan sarayında evlənmişdi.