Qaynar xətt:

(+99450) 247 90 86

Yuxarı Salahlıda qanlı olay: Gənc qadın güllələndi

2018-04/1523700434_zorlama6.jpg

KRİMİNAL

1841

14.04.2018, 14:07

\"\" Qazax rayonunda güllələnmə hadisəsi baş verib.
Oxu24.com APA -ya  istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.