Arayik Arutyunyan bunu Bakıda etiraf etdi
09 Noyabr 2026, 09:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
485
26.11.2021, 23:06
Bakıda məhəllərdən birində fəaliyyət göstərən kiçik mağazadan külli miqdarda pul və ərzaq məhsulu oğurlanıb.
Oxu24.com Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə gecə paytaxtın Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə baş verib.
Arzu Məmmədovaya məxsus Dadaş Bünyadzadə küçəsində olan kiçik mağazdan oğurluq olub. Zərərçəkmişin sözlərinə görə, gecə saat 3-də mağazasından külli miqdarda pul və ərzaq məhsulu oğurlanıb.
Zərərçəkmiş deyir ki, həmin pula avtomobil alacağı üçün vəsaiti həmişə özü ilə aparıb-gətirirmiş. Qadın hadisədən səhər xəbər tutan kimi 102 xidmətinə məlumat verib. Dərhal mağazaya 29-cu polis şöbəsinin əməkdaşları gələrək baxış keçirib, əl-barmaq izlərini götürüblər. Arzu Məmmədova deyir ki, oğurluq anı yaxınlıqdakı avtotəmir mərkəzinin müşahidə kameralarına düşüb. Qadın iddia edir ki, oğurluğu törədən həmin şəxslər ötən gün səhər saatlarında üç dəfə onun mağazasından ərzaq alıblar.
Faktla bağlı Yasamal rayon 29-cu polis şöbəsində araşdırma aparılır. Şöbədən bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin tutulması istiqamətinə əməliyyat-axtarış tədbirləri davam edir.
Gəncədə də oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Cəfərov və Pərviz Quliyev saxlanılıblar. Onlar ifadələrində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.
Bundan başqa, Nizami Rayon Polis İdarəsinin ərazi üzrə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çoxmərtəbəli binanın damından ümumi dəyəri 1244 manat olan mətbəx əşyalarını oğurlamaqda şübhəli bilinən Ruzigar Abdullayev saxlanılıb.
Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
14:22 / 09 Noyabr 2026
1
14:17 / 09 Noyabr 2026
25
14:06 / 09 Noyabr 2026
307
14:04 / 09 Noyabr 2026
60
13:44 / 09 Noyabr 2026
448
13:21 / 09 Noyabr 2026
104
13:11 / 09 Noyabr 2026
190
12:57 / 09 Noyabr 2026
1231
12:55 / 09 Noyabr 2026
110
12:40 / 09 Noyabr 2026
206
12:27 / 09 Noyabr 2026
161
12:15 / 09 Noyabr 2026
316
12:03 / 09 Noyabr 2026
1202
11:56 / 09 Noyabr 2026
129
11:56 / 09 Noyabr 2026
194
11:43 / 09 Noyabr 2026
137
11:37 / 09 Noyabr 2026
293
11:34 / 09 Noyabr 2026
126
11:30 / 09 Noyabr 2026
120
11:22 / 09 Noyabr 2026
126
11:09 / 09 Noyabr 2026
556
11:05 / 09 Noyabr 2026
193
10:55 / 09 Noyabr 2026
246
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.