Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6156
az

Bakıda qorxunc hadisə: Köhnə tikilidə insan skeleti tapıldı

10:4316 Oktyabr, 2018
937
KRİMİNAL
  • A
 Bakıda fəhlələr köhnə qanunsuz tikilini sökərkən insan sümüklərini aşkar ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilir ki, fəhlələr Şüvəlan qəsəbəsində köhnə tikilini sökməyə hazırlaşarkən, içəridə insan skeletinə rast gəliblər. Patoloqoanatomlar skeletə baxış keçirən zaman məlum olub ki, sümükləri aşkar olunan insan təxminən 3 ay əvvəl ölüb.

Məlumat bazasını araşdırarkən məlum olub ki, bu ilin iyul ayında Mərdəkan qəsəbəsi sakini, 1931-ci il təvəllüdlü Ağabala Şərifov itkin düşüb. Məlumatlar tutuşdurulan zaman skeletin məhz Şərifova aid olduğu təsdiqini tapıb.

Hazırda yaşlı kişinin ölüm səbəbi araşdırılır. İstintaq 87 yaşlı Mərdəkan sakininin Şüvəlandakı köhnə tikiliyə niyə və necə gəldiyini müəyyən etməyə çalışır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi