Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6115
az

"Lotu Quli" hələ də həbsdədir - Rusiyaya verilir?

08:5715 Oktyabr, 2018
739
KRİMİNAL
  • A
 Türkiyənin İstanbul şəhərində saxlanılan azərbaycanlı “qanuni oğru”, kiriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov hələ də həbsdədir.
Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, bir neçə gün öncə Səlifovun sərbəst buraxılmasına dair xəbərlər yayılsa da, bu, həqiqəti əks etdirmir.
Rusiya hüquq-mühafizə orqanlarının şikayəti əsasında saxlanılan “qanuni oğru”nun müqəddaratı hələ də sual altındadır. Onun Türkiyə tərəfindən şimal qonşumuza təhvil veriləcəyi də istisna deyil. Bəziləri onun Azərbaycana ekstradasiyasını mümkün saysalar da, hələki bu da baş vermir. Görünən odur ki, türk tərəfi qəti qərar verməyə tərəddüt edir.
Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinir. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı