Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi MAN markalı yük avtomobilinə vurub. Nəticədə MAN markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, son günlər bir neçə avtobus ölümlə nəticələnən qəzalar törədib. Bakıda DYP-nin keçirdiyi reyd nəticəsində isə 100-ə yaxın avtobus sürücüsünün reysə müayinədən keçmədən çıxdığı məlum olub. Oxu24.com
ŞƏRHLƏR