Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6081
az

İnstagramda vətəndaşların başına oyun açan qadın tutuldu + VİDEO

11:4113 Oktyabr, 2018
973
KRİMİNAL
  • A
 Bakıda vətəndaşlara yarım milyon manata yaxın ziyan vuran qadın tutulub.

Oxu24.com  Xəzər TV-yə istinadən xəbər verir ki, dələduzluqda şübhəli bilinən gənc xanım sosial şəbəkədə mağaza açmaq üçün özünə şərik axtardığı barədə elan yerləşdirib. O, bu vasitə ilə 30-dan çox insanın pulunu mənimsəyib.

Sosial şəbəkə vasitəsi ilə vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub.

Həmin şəxsin insanlara 500 min manata yaxın ziyan vurduğu bildirilir.

Neftçala sakini Fəxrəndə Səfərovanı Yasamal rayon polisidarəsinin əməliyyatçıları çoxsaylı şikayət əsasında tutublar. Məlum olub ki, gənc qadın ''instagram'' sosial şəbəkəsində kosmetik əşyaların satılması üçün ''İnşaatçılar'' metrostansiyası yaxınlığında mağaza açdığı barədə məlumat yayaraq, özünə şərik axtardığını bildirib.

Saxlanılan Fəxrəndə Səfərovanın sözlərinə görə, vətəndaşların köməyi ilə iki mağaza açıb və bir müddət də qazancı onlarla bölüşüb.

İşin istintaqını aparan müstəntiq Cavid Əhmədovun sözlərinə görə, Fəxrəndə Səfərova təxminən 35 nəfərə qarşı 480 min manatdan çox ziyan vurub. Amma polis zərərçəkənlərin artacağını da istisina etmir. Faktla bağlı cinayətə işi başlanıb, istintaq davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ