Səbail rayonu A. Abbaszadə küçəsi 61-in qarşısında xuliqanlıq hadisəsi baş verib.
Fidan Muradova adlı şəxs Səbail RPI-nə şikayət edib.
O, bildirib ki, yaxın münasibətdə olduğu Rəşad adlı şəxs ona məxsus “Fiat” markalı avtomobilin şüşələrini sındırıb, qapısını əzib.
Zərərçəkənin sözlərinə görə, Rəşadla əvvəllər sevgili olsalar da, sonralar ondan ayrılıb. Ancaq Rəşad bu ayrılığa dözə bilməyərək daim onu təqib edib.
Faktla əlaqədar polis idarəsinin təhqiqat şöbəsində araşdırmalara başlanılıb. Olke.az Oxu24.com
ŞƏRHLƏR