Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada intihar

Zaqatalada intihar

KRİMİNAL

1651

08.10.2018, 22:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Zaqatala rayonunda intihar hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospektindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində ağacdan asılmış vəziyyətdə 50-55 yaş civarında kişi meyiti tapılıb. Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır.