Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5891
az

Bakıda DYP maşını ilə taksi toqquşdu - Polis yaralandı+ Video

18:0807 Oktyabr, 2018
934
KRİMİNAL
  • A
 Bu gecə səhərə yaxın, saat 4 radələrində Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın BakuPost-a istinadən verdiyi məlumata görə, Füzuli küçəsi 53 ünvanında (Heydər Əliyev adına Respublika Sarayının yanı) 99 YP 361 dövlət nömrə nişanlı Dövlət Yol Polisi maşını ilə taksi kimi istifadə olunan “Opel Zafira” markalı avtomobil toqquşub. Nəticədə “Opel” maşını alovlanıb, DYP avtomobili isə Qış Parkına girib.

Qəza zamanı polis əməkdaşı ağır xəsarət alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir.

“Opel Zafira” maşınının sürücüsünə gəlincə, o, yüngül xəsarətlə qurtulub. Hər iki avtomobil yararsız hala düşüb.

Əraziyə xeyli sayda YPX əməkdaşı, Post Patrul Xidməti və Təcili Tibbi Yardım maşını gəlib.

Taksi sürücüsü bildirib ki, qəzaya səbəb polis maşınının qırmızı işıqda keçməsidir. Polisdən isə hadisənin belə olmadığı, polis maşınının hərəkətsiz dayandığı vaxtda “Opel”in sürətlə gələrək ona çırpıldığı bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi