Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5880
az

Gimnaziyada biabırçılıq: direktor müavini dayəni döydü

22:0806 Oktyabr, 2018
721
KRİMİNAL
  • A
 Sumqayıtda internat tipli gimnaziyada direktor müvini dayəni döyərək xəstəxanalıq edib. Hər halda zərəçəkmiş qismində xəsətəxanaya yerləşdirilmiş şəxs özü belə iddia edir. Qarşı tərəf isə baş verənlərə münasibət verməkdən boyun qaçırıb.
Oxu24.com "Xəzər TV"yə istinadən xəbər verir ki, insident Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın direktor müavini Aytən Əliyeva ilə həmin məktəbdə dayəlik edən Sevil Həsənova arasında olub. Zərərçəkmiş Sevil Həsənovanın sözlərinə görə, o növbədə olarkən, internatın çətin tərbiyə ounan uşaqlarından biri çarpayını qırıb. Bundna sonra həmin uşağın valideyni Gimnaziyaya dəvət olunub. Zərərçəkmiş iddia edir ki, uşaqdan direktor müavini Aytən Əliyevanın təkidi ilə ona qarşı izahat alınıb.

Dayə Sevil Həsənova qərəzli izahatı araşdırarkən, direktor müavini Aytən Əliyeva ilə aralarında mübahisə olub. Bu zaman direktor müavini dayəni təhqir edərək onu döyüb. Qadın zərbənin gücündən yıxılaraq baş nahiyəsindən ağır xəsarətlər alıb.

Zərərçəkmiş Təcili tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Sevil Həsənovanın vəziyyəti normala doğrudur.

"Xəzər Xəbər” olaraq sözü gedən Gimnaziyada olub. Özünü direktor kimi təqdim edən şəxs problemdən xəbərdar olduğunu desə də, açıqlama vermək istəməyib. Adı döyülmə faktında hallanan direktor müavini Aytən Əliyeva isə Gimnaziyada olmasına baxmayaraq müsahibə verməkdən boyun qaçırıb. Faktla bağlı Zərərçəkmiş iddiyası əsasında Sumqayıt şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ