Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5848
az

Rövşən Lənkəranskinin "xaç oğlu" azadlığa çıxdı - 3 ildən sonra - FOTO

19:5905 Oktyabr, 2018
855
KRİMİNAL
  • A
 Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Zaur Naxçıvanski" kimi tanınan Zaur Bayram oğlu Şipilov azadlığa çıxıb.

Oxu24şcom yenicag.az-a istinadən xəbər verir ki, 33 yaşlı kriminal avtoritet bu gün sərbəst buraxılıb.

Xatırladaq ki, Rusiyanın Orenburq şəhərində anadan olan Zaur kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində "Sabirabadlı Hikmət" kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.

Qeyd edək ki, mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski tərəfindən "tac"landırılan Zaur Şipilov 2015-ci ilin oktyabr ayında Moskvanın Alayski bazarında olan "Çertanovskoy" restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə (heroin) aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə saxlama) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən "Matroskaya Tişina" həbsxanasına göndərilib. Zaur Şipilovun işinə Moskva şəhər Çertanov rayon Məhkəməsi baxıb. Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətinə azadlıqdan məhrum edilib. O "Matroskaya Tişina" cəzaçəkmə müəssisəsindən Samara vilayətində olan həbsxanaya etap edilib. Kriminal avtoritet həmin türmədə tanınmış "qanuni oğru" Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ